Xəbər lenti

İranda neft-qaz şirkətləri aksiyalara başladı - Ölkədə ciddi təlatümlər gözlənilir
Dünya13:51 17.01.2023

İranda neft-qaz şirkətləri aksiyalara başladı - Ölkədə ciddi təlatümlər gözlənilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda etiraz aksiyaları davam edir. 
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, artıq ölkənin iri neft-qaz şirkətlərinin əməkdaşları da etirazlara qoşulub. 
Aksiyaların lokomotivi Pars Aslavieh Neft-Qaz Şirkəti olub. Şirkətin işçiləri tətilə çıxıblar. Onlar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bəyan ediblər. İşçilərin tələbləri isə vətəndaşların fundamental hüquqlarının tanpınması ilə bağlıdır. 
Onlar həmçinin 22 yaşlı Məhsa Əminin ölümünə etiraz olaraq keçirilən aksiyalarda iştirak edənlərin repressiyalara məruz qalmasını pisləyib. İşçilər həbs edilənlərin azadlığa buraxılmasını, edamların dayandırılmasını, iş yerlərində hüquqlarına hörmət edilməsini tələb edirlər.
Pars Aslavieh Neft Qaz Şirkətindən sonra Çeşmə Xoş Neft-Qaz Şirkəti, Fəcr Jam Buşehr Qaz Emalı Şirkəti və Cənub Neft Yüksələn Əraziləri Şirkəti etirazlara başlayıb. Onlar mitinq keçirib və oxşar tələblər səsləndirib.
Ekspertlər bildirir ki, İranda etirazların növbəti dalğasında iri sənaye şirkətlərinin də aksiyalara dəstək verməsi rəsmi Tehran üçün siqnal hesab edilə bilər. Ekspertlərin fikrincə, sənaye şirkətləri aksiyaları davam etdirəcəyi təqdirdə iqtisadi böhranla çarpışan İranın vəziyyəti daha da ağrılaşacaq. Ölkədə sosial-iqtisadi vəziyyətin daha da ağırlaşması isə ölkə boyu ciddi təlatümlərin baş verəcəyini şərtləndirə bilər. 
Hakimiyyət hələ ki, çıxış yolunu repressiya və edamlarda görür. Lakin son edamlar göstərdi ki, bu addım nəinki xalqın mütiləşməsinə əksinə, daha qəzəbli şəkildə hakimiyyətə qarşı çıxmalarına səbəb olub. 
Seyid