Xəbər lenti

İranda növbəti "Aşk-ı Memnu" qalmaqalı
Dünya12:57 06.05.2013

İranda növbəti "Aşk-ı Memnu" qalmaqalı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranda mayın 11-də keçiriləcək 26-cı Tehran Kitab Sərgisi açılmamışdan qalmaqala səbəb olub. 

Qaynar.info-nun Mehr agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə yazıçısı Xalid Ziya Uşaklıgilin məşhur "Aşk-ı Memnu" əsəri fars dilinə tərcümə olunaraq, bu il keçiriləcək kitab sərgisinə təqdim olunub. 

Lakin iranlı mühafizəkarlar İranın Cem TV kanalında yayımlanan "Aşk-ı Memnu" serialının əsəri olan bu kitabın sərgidə yayımlanmasına qarşı çıxaraq, kitabın sərgidən götürülməsini istəyiblər. 

İranın mədəniyyət və islami rəhbərlik naziri Məhəmməd Hüseyni kitabın Tehran sərgisində nümayiş olunacağı təqdirdə yığışdırılacağını deyib. 

Ancaq Tehran Kitab Sərgisinin rəhbərlərindən olan Məcid Həmidzadə mühafizəkarların bu açıqlamalarına qarşı çıxaraq, "Kitab bütün qayda-qanunlara uyğundur. Kitabın İranda nəşr olunması və sərgiyə qoyulması qadağan edilə bilməz" deyib. 

Qeyd edək ki, İranda yayımlanan "Muhteşem Yüzyıl" və "Aşk-ı Memnu" serialları son vaxtlar mühafizəkar kəsim tərəfindən sərt tənqidlərə məruz qalır. 

Qaynar.info