İranda psixoloq və psixiatrlar etiraza başlayıb.
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, onları etirazı teokratik rejimin psixoloqları, psixiatrları və psixiatriya xəstəxanalarını öz repressiv addımlarına alət etməsidir.
"İranda məcburi hicab qanununa etiraz etdiyinə görə həbs olunanlara adətən psixi xəstəliklərlə bağlı diaqnoz qoyulur. Kimiləri psixiatriya xəstəxanasına, kimiləri də psixoloq yanına göndərilir. Təsəvvür edin, bu adamlar sağlamlıq haqqında arayış aldıqdan sonra normal həyata dönə bilərlər. Onların arasında İran ictimaiyyətinin yaxşı tanıdığı insanlar da var. Məsələn, bir müddət əvvəl üç aktrisaya psixoloji mərkəzə göndərilib. Söhbət Əfsanə Bayqan, Azadə Səmədi və Leyla Blokatdan gedir”, deyə fəallar bildirib.
Onların sözlərinə görə, İran hakimiyyəti bu xətləri keçərək artıq ictimaiyyət adamlarına qarşı da bu tip addımlar atması psixoloq və psixiatrların hiddətinə səbəb olub.
İş o yerə çatıb ki, Tehran Universitetinin psixologiya fakültəsinin rəhbəri Rza Purhüseyni "Twitter” hesabında hökumətin bu addımlarına etiraz edib.
O, İranın Ali Məhkəməsinin sədri Qulamhüseyn Möhsen Ejeeiyə xitabən yazıb ki, insanları psixoloq və psixiatrların yanına göndərmək elmi və peşəkar prosesdir. Purhüseyni bununla hakimlərin müttəhimləri psixoloq və psixiatrların, yaxud psixiatriya xəstəxanalarına göndərməsini qanunsuz sayıb.
"Hakimlər həkim deyil ki, insnaların psixoloji vəziyyətini dəyərləndirsinlər. Onlar sadəcə rejimin sifarişini yerinə yetirirlər. Bu baxımdan, psixoloji durumu normal olan, heç bir psixi xəstəliyi olmayan insanları psixoloji mülaicəyə məcbur edirlər”, deyə iranlı fəallar bildirib.
Seyid