Xəbər lenti

İranda PUA istehsalı 10 dəfə artdı
Dünya 14:41 16.04.2026

İranda PUA istehsalı 10 dəfə artdı

İranda pilotsuz uçuş aparatlarının (PUA) istehsalı artıb
 
Qaynarinfo xəbər verir ki, bunu İran ordusunun baş qərargah rəisinin müavini, briqada generalı Əlirza Şeyx deyib.

O bildirib ki, 2025-ci ilin iyununda İsraillə baş vermiş 12 günlük müharibədən sonra İranda PUA istehsalı 10 dəfə artırılıb.

Şeyx İran ordusunun müdafiə imkanlarına dair açıqlamasında qeyd edib ki, PUA istehsalının kəskin artması ölkənin hərbi potensialının gücləndirilməsi ilə bağlıdır.

Onun sözlərinə görə, ABŞ və İsraillə baş vermiş son qarşıdurma zamanı həyata keçirilən əməliyyat planları əvvəlcədən hazırlanıb və bu planlar müharibə zamanı həlak olan keçmiş Baş Qərargah rəisi Əbdürrəhim Musəvi tərəfindən müəyyən edilib və müvafiq hərbi qüvvələrə çatdırılıb.

Günay
--> -->