İranda qatarın relsdən çıxıb aşması nəticəsində ölənlərin sayı artıb.
Qaynarinfo xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Sərnişinlərdən 50 nəfərin yaralandığı, 15 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Qatarda 243 sərnişin olub. Ölənlərin sayının artacağı ehtimal olunur.
09.09
İranda Təbəs-Yəzd şərnişin qatarı qəzaya uğrayıb.
Qaynarinfo bu barədə ILNA agentliyinə istinadən
xəbər verir.
Yəzd şəhərinin Fövqəladə Hallar Təşkilatı rəhbəri Əhməd Dehqan bildirib ki, hadisə bu gün yerli vaxtla saat 05.30-da baş verib. Qatar hərəkətdə olarkən relsdən çıxıb və aşıb.
İlkin məlumata görə, qəza beş vaqonun relsdən çıxması səbəbindən baş verib. Olay yerinə təcili yardım xidməti, xilasedicilər və 3 helikopter cəlb olunub.
Fövqəladə Hallar Təşkilatının mətbuat katibi Məhəməd Rza Rzayi isə bildirib ki, qəza zamanı ən azı 13 nəfər həlak olub, onlarla insan yaralanıb. Onun sözlərinə görə, 60 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 5 nəfərinin vəziyyəti ağırdır.
Şahidlərin sözlərinə görə, qurbanların sayı arta bilər.
M.Arif