İran polisi 25 müxtəlif ölkəyə daxil olmaq üçün saxta pasport və viza hazırlayan 12 nəfəri saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Tasnim” agentliyi hüquq-mühafizə orqanlarının nümayəndəsinə istinadən məlumat
yayıb.
İran polisinin məlumatına görə, saxlanılanlar qanuni yolla İranı tərk edə bilməyən insanlara xidmət göstərən təşkilatda işləyirdilər. Qurumun əməkdaşları dövlət qurumlarının saxta möhürlərindən istifadə ediblər. Agentliyin məlumatında qeyd olunur ki, təşkilatın bəzi müştəriləri saxta sənədlərdən istifadə edərək ölkəni tərk edə biliblər. Polis ölkəni tərk edənlərin cinayət əməllərini aşkar etdikdən sonra onlar geri deportasiya ediliblər.
Mövcud İran qanunlarına görə, təqsirləndirilən şəxsləri 6 aydan 3 ilə qədər həbs və ya 3 milyondan 18 milyon riala qədər (71-426 dollar) cərimə gözləyir.
Nizami Bağırov