İranın Lorestan əyalətində sel və daşqın qurbanı olan 14 nəfərin meyiti tibbi ekspertizaya təhvil verilib.
Qaynarinfo xəbər ki, bu barədə ekspertiza idarəsinin rəhbəri Həmidrza Nəzifi məlumat verib. Əyalətdə zərərçəkənlərin xilasetmə tədbirləri davam etdirilir. İran Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatı prosesdə iştirak edir.
Ötən gündən bəri 70 uçuş həyata keçirilib və 2000-ə yaxın insan xilas edilib. Xuzistan əyalətində 96 kənd boşaldılıb və 30 min əhali 35 sığınacaqda yerləşdirilib.
Qeyd edək ki, İranda təbii fəlakət qurbanlarının sayı 60 nəfərə çatıb, 500-ə yaxın insan isə yaralanıb.
Gülşən