İran musson daşqınları ilə əhatə olunub, milli fəlakət riski var.
Qaynarınfo bu bar,ədə "Indipendent"-in fars bölməsinə istinadən xəbər
verir.
Son günlər baş verən daşqınlardan sonra Meteorologiya Təşkilatı İranın 27 vilayəti, o cümlədən ölkənin türk vilayətləri üçün narıncı xəbərdarlıq edib və ölkədə daşqın, yolları su basması, mövsümi çayların daşması, şimşək çaxması, dağıntılar ola biləcəyini açıqlayıb.
Həmçinin, bütün icra və yardım agentlikləri hazır vəziyyətdədir. Qızıl Aypara Yardım və Xilasetmə Təşkilatının rəhbəri Mehdi Vəlipurun sözlərinə görə, son günlər baş verən daşqınlarda İranın 17 vilayəti və 62 şəhərinə ziyan dəyib.
Son günlər yağan güclü yağışlar, çayların daşmasına, yolların tıxanmasına və bəzi hallarda avtomobil və dəmir yollarında xəsarətə səbəb olub.
Ölənlərin, itkin düşənlərin və yaralananların sayı ilə bağlı dəqiq statistika yoxdur və hər bir məmur özünə məxsus rəqəm açıqlayıb.
Lakin İranın Fövqəladə Hallar Təşkilatının açıqladığı son statistika məlumatlarına görə, yalnız Tehran, Sistan- Bəluçistan və Kirman vilayətlərində ən azı 32 nəfər həlak olub, onlarla insan itkin düşüb. Təşkilat əlavə edib ki, bu barədə ümumi statistika yoxdur və təbii ki, real statistika rəqəmləri indiki rəqəmlərdən daha çox ola bilər.
M.Arif