Xəbər lenti

İranda son vəziyyət: İmamcümənin ofisi yandırıldı, Elham Əfkari həbs olundu (FOTO/VİDEO)
Dünya11:37 10.11.2022

İranda son vəziyyət: İmamcümənin ofisi yandırıldı, Elham Əfkari həbs olundu (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyaları davam edir. 
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, hökumət qüvvələri aksiya iştirakçılarına qarşı zorakılıq etdikcə, xalq daha da qəzəblənərək radikal addımlar atır. Məsələn, bir neçə gün əvvəl Buşərh vilayətinin Cəm şəhərinin imamcüməsinin ofisinə hücum edilib. Qəzəblənmiş kütlə imamcümənin ofisini yandırıb.
İmamcümənin ofisi yandırıldı
Bundan başqa, universitetlərdə də aksiyalar davam edir. Tələbələr repressiyalara son qoyulmasını tələb edir. Universitet rəhbərliyinə və müəllimlərə edilən təzyiqlərə rəğmən tələbə hərəkatının qarşısını almaq mümkün olmur. 
İranın təhlükəsizlik qüvvələri isə aksiyalara dəstək verən tanınmış şəxslərin "ovunu” davam etdirir. Yayılan məlumatlara görə, bu dəfə mərhum güləşçi Navid Əfkarinin bacısı Elham Əfkari həbs edilib. 
Navid Əfkari-Elham Əfkari
Hökumət iddia edir ki, Elham Əfkari İrana qarşı iş aparan beynəlxalq agentura şəbəkəsinin əsas üzvlərindən biridir. İddilara görə, İrandakı aksiyalarda Əfkarinin xüsusi rolu var. Təhlükəsizlik qüvvələri onun "ölkədən qaçarkən” həbs olunduğunu bəyan edib. 
Elham Əfkarinin qardaşı Navid Əfkari 2017-ci ildə qəsdən adam öldürmə ittihamı həbs edilib. Navid Əfkari bu ittihamı qəbul etməsə də, təqsirli bilinərək 2019-cu ildə edam olunub. 
Dünya Mədəni 
Həbslərə baxmayaraq, tanınmış şəxslərin aksiyalara dəstəyi davam edir. Məsələn, tanınmış iranlı aktrisa Dünya Mədəni "Twitter”də hicabsız fotosunu paylaşaraq yazıb: "Mən qadın azadlığı uğrunda mübarizə aparacağam və siz yavaş-yavaş buna öyrəşəcəksiniz”.
Seyid