Xəbər lenti

İranda son vəziyyət: Tələbələr aksiyalara qoşuldu, həbslər davam edir (VİDEO)
Dünya12:37 10.10.2022

İranda son vəziyyət: Tələbələr aksiyalara qoşuldu, həbslər davam edir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etiraz aksiyaları davam edir. 
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, bazar günü Əl-Zəhra və Nəcəfabad universitetlərinin tələbələri etiraza qalxıb. 
Hökumət qüvvələri aksiyaya müdaxilə etsə də, tələbələr geri çəkilməyib. Onlar əsasən "Seyid Əli, bu il evin uçacaq” şüarı səsləndiriblər. Nəcəfabad universitetinin tələbələrinin də səsləndirdiyi şüarlar siyasi xarakterli olub.
Tehranın Azad Universitetinin tələbələri də aksiyalara qoşulub. Onlar Məhsa Əmininin ölümünə etiraz olaraq "şəhid bacım, yolun davam edir” şüarı səsləndiriblər. 
Bundan başqa, İranda qadınlar "qucaqlaşma aksiyası” keçib. Bu etiraz forması əsasən Kirmanşahda müşahidə olunub.
İran Məhsa Əmininin ölümü ilə bağlı aksiyalara dəstək verən ictimaiyyət nümayəndələri, xüsusilə idmançılar, mədəniyyət və incəsənət xadimləri həbs olunub. 
İrandakı mənbələrə bildirir ki, həbslərə və zorakılığa baxmayaraq, aksiyaların qarşısını almaq mümkün olmur. 
Hökumətin təbliğat maşını etirazları xarici qüvvələrə bağlsa da, aksiyaların guya İran dövlətinə qarşı yönəldiyini iddia etsə də, xalq mövcud rejimdən bezdiyini nümayiş etdirərək prosesi hakimiyyət dəyişikliyinə qədər inkişaf etdirməkdə israrlı görünür.
Bu arada hökumət qüvvələrinin mülki obyektləri dağıtdığını, avtomobilləri yararsız hala saldığını əks etdirən görüntülər yayılıb. Güman edilir ki, bu aktlar aksiya iştirakçılarının guya dağıdıcı addımlar atdığını nümayiş etdirmək və onlara qarşı zorakı davranışlara haqq qazandırmağa hesablanıb.