İran İslam Respublikası xalq etirazların genişlənməsindən daha çox narahatdır.
Qaynarinfo bu barədə "Indipendent"in fars bölməsinə istinadən xəbər
verir.
İran parlamenti təhlükəsizlik işçilərinə silahdan istifadə hüququ verən qanunu qəbul etməklə, xalq etirazlarına qarşı mübarizəni genişləndirmək niyyətindədir.
İbrahim Rəisi hökuməti tərəfindən təsdiqlənmək üçün parlamentə təqdim edilən qanun layihəsində zəruri hallarda, qanunsuz etiraz aksiyalarında və iğtişaşlar zamanı təhlükəsizlik işçilərinin silahdan istifadə ietməsinə icazə verilir.
Ekspertlər və siyasi fəallar hesab edir ki, rejim xalq etirazlarını yatırmaqla ayaqda qalmağa çalışır və bu plan növbəti repressiyalara yol açır.
Qeyd edilir ki, son illərdəki aksiyalar zamanı təhlükəsizlik işçiləri yaxın məsafədən insanlara atəş açıb və heç bir qurum buna görə məsuliyyət daşımayıb.
Sosial mediada 2020-ci ilin noyabr aksiyalarının video və görüntüləri də təhlükəsizlik qüvvələrinin etirazçılara silahla hücum etdiyini ortaya qoyur. Həmçinin 2021-ci ilin iyulunda Xuzistanda keçirilən etiraz aksiyalarında sılahdan istifadə dəfələrlə təkrarlanıb.
Eləcədə 2021-ci ilin dekabrında isfahanlı fermerlərin etirazı zamanı təhlükəsizlik qüvvələri aksiyaçılara güllə və döyüş silahlarından atəş açıb.
Son həftələrdə keçirilən etiraz aksiyalarında isə təhlükəsizlik qüvvələri Metropolis binasının fəlakətli şəkildə uçmasından sonra yas tutan Abadan əhalisini güllələməkdən belə çəkinməyib.
Bu tədbirlərin birləşməsi onu göstərir ki, İran İslam Respublikasında təhlükəsizlik qüvvələri xalq etirazlarından narahatdır. Bununla belə, İran hökuməti bir tərəfdən onların səlahiyyət dairəsini genişləndirməklə cəmiyyətdə daha çox qorxu yaratmaq, digər tərəfdən isə xalq etirazlarının yatırılmasında yeni qəddar mərhələyə keçmək niyyətindədir.
M.Arif