Xəbər lenti

İranda tələbələr universitetlərə buraxılmır: Təhlükəsizlik qüvvələri rəqs edən qadınlara hücum etdi
Dünya13:45 11.11.2022

İranda tələbələr universitetlərə buraxılmır: Təhlükəsizlik qüvvələri rəqs edən qadınlara hücum etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Rəşt şəhərində təhlükəsizlik qüvvələri hicabsız küçələrə çıxaraq rəqs edən qadınlara hücum edib. 
Qaynarinfo İrna mənbələrinə istinadən xəbər verir ki, nəticədə xeyli sayda qadın xəsarət alıb. Onlarla aksiya iştirakçısının isə zorakılıqla həbs edildidiyi bildilirir.
İranlı fəllar bildirir ki, hökumət aksiyalarda səslənən tələbləri eşitmək istəmir. Əksinə, Tehran rejimi aksiyaların dağıdılmasında zorakılıq elementlərini bir qədər də artırıb. Məsələn, artıq universitetlərin fəaliyyətini faktiki olaraq dayandırılıb. Tələbələr ali təhsil ocaqlarına buraxılmır. Həmçinin tələbələrə yataqxanalrda qalmaq qadağan edilib. Hökumət hesab edir ki, bu yolla tələbə hərakatının qarşısını ala bilər. 
Xüsusi xidmət orqanları isə aksiyalarda fallıq edən tələbələri müəyyənləşdirərək həbs edir. Məlumatlarda deyilir ki, hazırda İranda aksiyalara dəstək verən ali təhsil ocaqları təhlükəsizlik qüvvələrinin nəzarətindədir. 
İrandan gələndən xəbərlərdə qeyd edilir ki, aksiyalar ölkəboyu davam etsə də, əsasən, Sistan və Bəlucistan vilayətində ciddi toqquşmalar müşahidə olunur. Bu sırada xüsusilə, Sistan və Bəlucitan vilayətinin administrativ mərkəzi olan Zahedan şəhərinin adı çəkilir. 
Dünən də Zahedanda aksiya keçirilib və hökumət qüvvələri ilə etirazçılar arasında toqquşma baş verib. Məlumata görə, aksiya iştirakçılarına odlu silahdan atəş açılıb. Ümumiyyətlə, Sistan və Bəlucistan vilayətində aksiyalarda öldürülənlərin sayı 163 nəfər çatıb. Bu İranın 13 əyalətində keçirilən aksiyalarda ölənlərin sayına bərbaərdir. 
Hakimiyyətin Sistan və Bəlucistan vilayətində keçirilən aksiyalara daha sərt müdaxiləsi bölgədə sünnilərin kompakt yaşaması ilə əlaqədardır. Tehran rejimi etiraza çıxan sünnilərin Sudiyyə Ərəbistanı və digər "xarici qüvvələr” tərəfindən maliyyələşdirildiyini iddia edir. 
Zahedan şəhərində fəaliyyət göstərən "Mövlayi Müttəqiyan” məscidinin imamcüməsi Səccad Şəhrakinin öldürülməsindən sonra vəziyyət daha da pisləşib. 
Məlumat üçün deyək ki, Səccad Şəhraki şiə məzhəbini təmsil edir. Məlumatlara görə, bu hadisədən sonra Tehran rejimi daha da aqressivləşib. Lakin buna rəğmən insanlar etirtazları davam etdirməkdə israrlıdır.
Seyid