Xəbər lenti

İranda tələbələrdən hökumətə qarşı maraqlı aksiya (VİDEO)
Dünya12:32 11.10.2022

İranda tələbələrdən hökumətə qarşı maraqlı aksiya (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı etiraz aksiyaları davam edir. 
Qaynarinfo xəbər verir ki, dünən gecə saatlarında İsfahan şəhərində xalq küçələrə çıxıb. Hökumət qüvvələri aksiya iştirakçılarına qarşı zorakı davranışlara yol versə də, aksiyanın qarşısını tamamilə almaq mümkün olmayıb. 
İran mənbələrinin məlumatına görə, xeyli sayda həbs olunanlar var. Həmçinin bildirilir ki, hökumət qüvvələri aksiyanı dağıtmaq üçün odlu silahdan istifadə edib. 
Tehranda isə İncəsənət Universitetinin tələbələri maraqlı aksiya keçirib. Onlar universitetinin həyətində farsca "qan” sözünü ifadə edən "xun - خون” sözü şəklində toplaşıb. 
Gilan Universitetinin tələbələri də etiraz aksiyalarına qoşulub. Onlar "Qeyrətli tələbələr, dəstək, dəstək” şüarları səsləndirərək Məhsa Əmininin ölümü ilə bağlı etirazları dəstəklədiklərini bəyan etməklə yanaşı digər tələbələrin də bu aksiyalara qoşulmasına çağırış ediblər.
Bu arada İran hökumətinin mühafizəkar qanadı təhsil ocaqlarında fəallıq edən tələbə və müəllim heyətinin nəzarətə götürülməsi, xaric edilməsi, həbsi barədə təkliflər səsləndirir.
Bu arada İranın neft-qaz sənayesində işləyən minlərlə işçi aksiyalara qoşulub. Məlumatda bildirilir ki, neftçilərin aksiyaları dəstəkləməsəi Tehran Universitetinin tələbələrinin İran Prezidenti İbrahim Rəisini sərt tənqid etməsindən sonraya təsadüf edib. 
Ekspertlər bildirir ki, hökumətin daha çox ehtiyat etdiyi neft-qaz sənayesi işçilərinin prosesə qoşulması idi ki, artıq bu baş verib. İndi hakimiyyət prosesin ümumilli tətil səviyyəsinə qədər inkişafının qarşısını almağa çalışır. Lakin bu cəhdlərin nəticə verəcəyi inandırıcı görünmür. 
Seyid