Xəbər lenti

İranda təqaüdçülər yenidən küçələrə çıxdılar - Etiraz
Dünya12:19 26.06.2022

İranda təqaüdçülər yenidən küçələrə çıxdılar - Etiraz

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial təminat pensiyaçıları bazar günü, iyulun 26-da İranın bir sıra şəhərlərində növbəti dəfə etiraz aksiyası keçiriblər.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.
Təqaüdçülər maaşların illik inflyasiyaya bərabər artırılmasını tələb edir, həmçinin onlar minimum əmək haqqı alanlarda 10 faiz artımla bağlı hökumət fərmanının ləğvini tələb edirlər.
Vətəndaşların sosial şəbəkələrdə yaydığı məlumatlara görə, sosial təminat pensiyaçılarından ibarət qruplar Əhvaz, Ərdəbil, Kirmanşah, Ərak və Rəştdə toplaşaraq İbrahim Rəisi hökumətinə qarşı şüarlar səsləndiriblər.
Qeyd edilir ki, təqaüdçülər son bir ildə maaşlarının az olmasına etiraz olaraq dəfələrlə aksiyalar keçiriblər, lakin hökumətin onların hüquqlarının reallaşacağına dair vədlər verməsinə baxmayaraq, heç bir vəd yerinə yetirilməyib.
Aydın