Xəbər lenti

İranda təriqət-polis qarşıdurması
Dünya09:42 20.02.2018

İranda təriqət-polis qarşıdurması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın paytaxtı Tehranda Qonabadi təriqətinin üzvləri ilə polis arasında qarşıdurmalar gecə boyu davam edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, sufi Qonabadi dərvişləri ilə gecə yaşanan qarşıdurmada bir avtobus və avtomobil etirazçılar tərəfindən təhlükəsizlik əməkdaşı üzərinə sürülüb. Nəticədə 5 təhlükəsizlik əməkdaşı öldürülüb. 30 polis işçisi, həmçinin çox sayda etirazçı yaralanıb. Həbs edilənlərin sayı 300 nəfərə çatır. Bəzi şəxslər xəstəxanada olan zaman polis tərəfindən aparılıb.
Qeyd edək ki, son 2 ayda çox sayda sufi İran polisi tərəfindən həbs edilib. Təriqətin rəhbəri Nur Əli Tabəndənin həbsi barədə iddialar etirazlara və qarşıdurmaların daha da şiddətlənməsinə səbəb olub.
Gülşən