İranın cənubundakı Sistan-Bəlucistan əyalətində dünəndən bəri müşahidə edilən toz və torpaq fırtınası 120 nəfəri xəstəxanalıq edib.
Qaynarinfo xəbər verir ki, 120 nəfər nəfəs yolları, ürək, göz şikayətləri ilə xəstəxanaya müraciət edib. Ərazidə küləyin sürəti 80 km-i keçib və havada toz miqdarının kəskin artmağına səbəb olub. Bildirilir ki, havada toz norması hər kub metr üçün 150 mikroqram nəzərdə tutulub, lakin mövcud vəziyyət 4580 mikroqramdır.
Gülşən