Xəbər lenti

İranda üç məhbusun amputasiya hökmü icra ediləcək – Gilyotində
Dünya08:52 03.06.2022

İranda üç məhbusun amputasiya hökmü icra ediləcək – Gilyotində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş siyasi məhbus olan Arəş Sadeqi ötən ay bir neçə məhkumun amputasiyası üçün gilyotinə bənzər bir qurğunun Tehranın Evin həbsxanasına köçürüldüyünü deyib.
Qaynarinfo bu barədə Azad Avropa radiosunun fars bölümünə istinadən xəbər verir.
Dünən isə Sadeqi (iyunun ikisi cümə axşamı günü) Hadi Rostami, Mehdi Şərafian və Mehdi Şahivand adlı şəxslərin adını çəkərək onların barmaqların amputasiyası haqqında hökmü icra etmək üçün böyük Tehran həbsxanasına köçürüldüklərini bildirib.
Bu üç nəfər soyğunçuluq ittihamı ilə "sağ əlin dörd barmağının amputasiyası" və "oğurlanmış əmlakdan imtina" cəzasına məhkum edilib.
Qeyd edilir ki, bir il bundan əvvəl Amnesty beynalxalq təşkilatı gilyotinə bənzər xüsusi bir qurğunun Urmiya həbsxanasına köçürüldüyünü açıqlayıb və bu həbsxanada oğurluqda ittiham olunan məhkumların ədalətsiz amputasiya haqqında hökmləri "dünyada insan hüquqları standartlarına zidd və qeyri-insani" adlandırıb.
Təşkilatın məlumatına görə, son 20 ildə İrandakı insanlar üçün 264 amputasiya qərarı verilib, 129 cəzanın icrası qeydə alınıb.
 Bundan əvvəl İranın hazırkı prezidenti İbrahim Rəisi ədliyə başçısı olarkən amputasiya əmrini "sistemin böyük şərəfi" adlandırıb.
M.Arif