Xorasanın Rəzəvi vilayətinin baş məhkəməsi elan edib ki, Məşhəddə üç mollaya hücum edərək qətlə yetirən şəxs iyunun 20-si bazar ertəsi səhər edam edilib.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir ki, hakim Qulam-Əli Sadeqi iş üzrə müttəhim Əbdül Lətif Muradini "öldürmək və qorxutmaq məqsədi ilə ruhanilərin üzərinə silah çəkərək Allaha qarşı müharibə”də ittiham
edib.
Əbdül Lətif Muradi bu il aprelin 7-də şiələrin səkkizinci imamının məqbərəsinin həyətində bıçaqla şiə ruhanilərinə hücum edərək onlardan ikisini qətlə yetirib, üçüncüsünü isə ağır yaralayıb.
Muradi əvvəlcə Əfqanıstan vətəndaşı kimi tanınıb, sonradansa özbək olduğu bildirilib. O, bir il əvvəl Pakistan sərhədindən qeyri-qanuni yollarla İrana daxil olub və Məşhəddə yaşayıb.
İran İslam Respublikasının rəsmiləri Muradini "təkfirçi fikirlərə” malik kimi xarakterizə ediblər. Bu termin İslam Respublikası ədəbiyyatında "şiələr və sünnilər arasında təfriqə salmaq” məqsədi güdən qruplara aiddir.
Aydın