Xəbər lenti

İranda yenə ara qarışdı - Məhsa Əminin ildönümü ərəfəsində fəallar aksiyalara başlayıb
Dünya15:16 16.08.2023

İranda yenə ara qarışdı - Məhsa Əminin ildönümü ərəfəsində fəallar aksiyalara başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda ötən il polis bölməsində ölən 22 yaşlı Məhsa Əminin ildönümü ərəfəsində yenə ara qarışıb.
Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, fəallar yenidən aksiyalara başlayıb. Bu aksiyalar lokal xarakter daşısa da, demək olar ki, ölkənin bütün regionlarda keçirilib. 
İranlı fəalların Məhsa Əminin ildönümü ərəfəsində yenidən toparlanması teokratik rejimin narahatlığına səbəb olub. 
Fəallar deyir ki, artıq təhlükəsizlik qüvvələri hərəkətə gətirilib və bu günlərdə İranın Ənzəli, Rəşt və digər şəhərlərdə əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı xeyli sayda fəal saxlanılıb. Onların taleyi barədə heç bir məlumat yoxdur. 
İran mənbələri hesab edir ki, fəallar böyük ehtimalla təhlükəsizlik qüvvələrinin birbaşa nəzarətində olan həbsxanalara aparılıb. Orada onlara işgəncə veriləcəyi və daha sonra mühakimə olunaraq azadlıqdan məhrum olunacağı ehtimal edilir. 
Ekspertlərin fikrincə, bu aksiyalar İranda yenidən proseslərin qızışmasına səbəb ola bilər. 
İran hakimiyyətinin etirazlara baxmayaraq liberal addımlar atmaqdansa, qanunları daha mürtəceləşdirməsi, cəzaları sərtləşdirməsi narazılığın pik həddə çatmasını şərtləndirəcək. 
Seyid