Xəbər lenti

İranda yerli vaksin böhranı: 70 milyon vaksinə yaxın duran yoxdur
Dünya13:09 26.04.2022

İranda yerli vaksin böhranı: 70 milyon vaksinə yaxın duran yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Covid-19 virusuna qarşı vaksin istehsal edən 7 şirkəti, 20 milyon doza məhsulun satılmadığı və istifadə müddətinin keçməyə yaxın olduğunu bildiriblər. 
Bu barədə Qaynarinfo "Azadlıq" radiosunun fars xidmətinə əsasən xəbər verir.
Hökümətin öz əlində qalan yerli vaksinlərin həcmi isə 50 milyon dozadır.
İranın dini lideri Ayətullah Əli Xamenei keçən il ABŞ və Britaniya istehsalı olan vaksinlərin ölkəyə idxalını qadağa edərək, daxili şirkətlərin vaksin istehsal etməsində israr edib.
Ölkədə vaksin idxalının gecikdirilməsinə görə keçən 2 ildə bir neçə dəfə kəskin yoluxma artımı qeydə alınıb. İran Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə, indiyədək virusdan ölüm sayı 140 mini keçib. Başqa rəsmi qurumlar bu rəqəmin 250 min civarında olduğu qənaətindədir.
İranın koronavirusa qarşı vaksin istehsal edən 7 şirkətinin heç biri indiyədək vaksinlərinə beynalxalq sertifikat ala bilməyib və hətta bircə ölkə belə, İrandan vaksin idxal etməyib.
İranın "Şərq" qəzetinin məlumatına görə, hazırda hökümətin əlində 50 milyon doza yerli vaksin qalıb. Bundan əlavə 20 milyon dozadan çox, vaksin istehsal edən şirkətlərin məhsulları əldə qalıb: "Nə xalq yerli vaksinləri qəbul edir, nə xaricdə müştəri var", deyə, Şərq əlavə edib.
Arif