İranın Kohgiluye və Boyer-Əhməd ostanında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmoloji Mərkəzi məlumat verib. Gecə saatlarında qeydə alınan təkan ətraf bölgələrdə də hiss edilib.
Təbiət hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb.
Gülşən