Xəbər lenti

İranda zəlzələ: xeyli evə ziyan dəydi
Dünya08:03 29.06.2013

İranda zəlzələ: xeyli evə ziyan dəydi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews saytı məlumat verir.

Təbriz Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla səhər saat 01:46-də baş verdiyini bildirib.

Zəlzələ nəticəsində Xoy şəhərinin bəzi kəndlərində 50-dən çox evə ziyan dəyib. Həmin evlərin divarlarında çatlar əmələ gəlib.

Qeyd edək ki, ötən həftə də Xoy şəhərində zəlzələ baş vermişdi və həmin zəlzələ nəticəsində 70-dən çox evə ziyan dəymişdi.

Zəlzələ nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Qaynar.info