Xəbər lenti

İrandakı rejimin onurğa sütununa zərbə - Qum Elm Hövzəsi yandırıldı (VİDEO)
Dünya11:17 18.11.2022

İrandakı rejimin onurğa sütununa zərbə - Qum Elm Hövzəsi yandırıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda Qum Elm Hövzəsi yandırılıb. 
Bu barədə Qaynarinfo-ya iranlı fəallar məlumat verib. Onların sözlərinə görə, hadisə dünən Qum şəhərində keçirilən aksiyalar zamanı baş verib. 
Qum Elm Hövzəsi İrandakı mövcud rejimin onurğa sütunu hesab edilir. İran İslam Respublikasının kadrları əsasən bu hövzədən seçilir. Bundan başqa, İranın siyasi-ideloji xətti bu hövzədə yetişən üləmalar vasitəsilə təbliğ və təşviq edilir. 
Almaniyada mühacir həyatı yaşayan, təbrizli hüquqşünas Nağı Mahmudi olayı Qaynarinfo-ya şərh edərkən bildirib ki, baş verənlər artıq İranda inqilabi prosesin başladığını göstərir: "Qum Elm Hövzəsinin yandırılması artıq etiraz deyil, inqilabdır. Bu hövzə İslam İnqilab Keşikçiləri Korpusundan (İİKK-SEPAH) sonra İrandakı rejimi ayaqda saxlayan əsas dayaqlardan biridir. Onun onurğa sütunudur. SEPAH-dan İslam Respublikasının strateji vəzifələri üçün kadrlar məhz bu hövzədən seçilir. Qum Elm Hövzəsi həm də Ruhulla Xomeyninin tətbiq etdiyi vilayəti-fəqih nəzəriyyəsinin tərənnümçüsüdür. Nəcəf hövzəsindən fərqli olaraq Qum hövzəsi bu nəzriyyəni müdafiə edir və ruhanilər bu nəzəriyyəyə uyğun yetişdirilir”.
Bu arada məlum olub ki, İranın Xomeyn şəhərində Ruhulla Xomeyninin ev muzeyi də yandırılıb. Nağı Mahmudi də bu aktı kifayət qədər ciddi hadisə hesab edir: 
"Qum Elm Hövzəsinin, Xomeyninin ev muzeyinin yandırılması İran xalqının hökumətə net mesajıdır: Biz İslam Respublikası istəmirik, mövcud idarəetməni qəbul etmirik. Güman edirəm ki, artıq İrandakı rejiminin sonu yaxınlaşıb. Yəqin ki, yaxın vaxtlarda biz İranda demokratik inqilabın şahidinə çevirləcəyik”.
Seyid