Dünya İran Suriyanın kimyəvi silahları ilə bağlı ABŞ dövlət katibi Con Kerri və Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında əldə edilən razılığı müsbət qiymətləndirib.
"Press TV"nin məlumatına görə, İran parlamentinin spikeri Əli Laricani Tehranda keçirilən mətbuat konfransında bildirib ki, amerikalı siyasətçilər Suriya məsələsinə rasional yanaşma göstəriblər.
"Biz ümid edirik ki, amerikalı siyasətçilər ekstrimal yanaşmalardan qaçmaq üçün rasional olacaqlar. Onların son günlərdəki vəziyyətlə bağlı qəbul etdikləri qərar regionun problemlərinə müsbət yanaşmanı nümayiş etdirir".
Onun sözlərinə görə, ABŞ Suriyaya qarşı hərbi əməliyyatların müharibə atəşini daha da alovlanmasına yol açacağını anlayıb.(anspress)