
İran atom qurumunun rəhbəri Əli Əkbər Salehi ölkədə uranın zənginləşdirmə proqramının əvvəlki səviyyəyə çatdırılmasının sadəcə 5 gün vaxt alacağını açıqlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İran uranın zənginləşdirilməsi prosesini 2015-ci ildə 20%-dən 5%-ə endirib. Bu qərar 6 ölkənin imzaladığı nüvə sazişindən sonra qəbul edilib. Lakin son dövrlərdə ABŞ-la İran arasındakı gərginliyin artması İranın nüvə fəaliyyətini yenidən nəzərdən keçirməsinə səbəb ola bilər.
Qeyd edək ki, ABŞ ballistik raket və nüvə fəaliyyətinə görə İrana sanksiyalar tətbiq etməyə başlayıb. İran isə bu qərarın nüvə sazişinin əleyninə olduğunu, ABŞ-ın müqaviləyə əməl etmədiyini deyir. Həmçnin İran höküməti cavab tədbirlərinin görüləcəyini demişdi və nəticə olaraq ballistik raket sınağı üçün yarım milyard dollardan çox vəsait ayırıb.
Gülşən
Qaynarinfo.Az