Xəbər lenti

İrandan ABŞ-a "qırmızı xətt" yaradılması təklifi
Dünya12:06 31.07.2018

İrandan ABŞ-a "qırmızı xətt" yaradılması təklifi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran Milli Məclisinin təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının rəhbəri Həşmətulla Fəlahətpişə Tehran və Vaşinqton arasında qırmızı xəttin yaradılmasını təklif edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, digər ölkələrin ABŞ və İran arasındakı problemdən faydalandığını dilə gətirən Fəlahətpişə bildirib:
"İki ölkə arasındakı diplomatik əlaqələrə İran və ABŞ-dan daha çox bölgədəki rejimlər və Sionistlər zərər verib". O, ABŞ prezidenti Donald Trampın İran rəhbəri Həsən Ruhani ilə görüş istəyinə müsbət yanaşdıqlarını dilə gətirərək iki ölkə arasında qırmızı xəttin yaradılmasını təklif edib.
Gülşən