Xəbər lenti

İrandan ABŞ-a təklif: "Məhkumların dəyişdirilməsinə hazırıq"
Dünya14:35 10.05.2020

İrandan ABŞ-a təklif: "Məhkumların dəyişdirilməsinə hazırıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran koronavirus pandemiyası səbəbindən ABŞ-a məhkumların dəyişdirilməsini təklif edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Əli Rəbii çıxış edib. O, ABŞ həbsxanalarındakı iranlı məhkumların səhhətinin onları narahat etdiyini bildirib. Hələ Vaşinqtondan bu barədə cavab gəlmədiyini qeyd edən hökumət sözçüsü Kovid-19 səbəbindən məhkumların səhhətindən ABŞ-ın məsul tutduqlarını deyib.
Qeyd edək ki, iki ölkə arasında son məhkum mübadiləsi 2019-cu ildə gerçəkləşdirilib. Həmin vaxt ABŞ-a cəsusluk etməkdə ittiham olunan və 3 ildir həbsdə olan çinli tələbə Xiyue Vanq ilə ABŞ-da İrana qarşı sanksiyaları pozmaqda günahlandırıldığı üçün tutulan iranlı tədqiqatçı Məsud Süleymani dəyişdirilmişdi.
Camal