İran İŞİD lideri Əbu Bəkr Əl Bağdadinin öldürülməsi barədə xəbəri təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, "Reuters"in məlumatına görə, rəsmi Tehran Suriyadan bu barədə məlumatın daxil olduğunu açıqlayıb.
ABŞ tərəfindən təşkil olunan əməliyyat zamanı Bağdadinin özünü partlatdığı bildirilir. Bu barədə ABŞ mediasında da iddialar dərc edilib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp gün ərzində Ağ Evdə mətbuat konfransında iştirak edəcək və onun məsələ ilə bağlı açıqlama verməsi gözlənilir.