İran Çin vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib.
Qaynarinfo China Daily-yə istinadən xəbər verir ki, Çin Respublikası, Makao və Honkonq inzibati vahidlərinin vətəndaşları 16 iyuldan etibarən Çinə vizasız səfər edə və bu ölkədə 21 gün qala bilər.
Çinin İranda yerləşən səfirliyi səfər etmək istəyən vətəndaşlarını ölkə qaydalarına əməl etməyə çağırıb:
1. Yerli adət-ənənəyə hörmət etmək.
2. Qadınlar başörtüsündən istifadə etməlidir, qısa üst və alt geyimindən istifadəyə icazə verilmir. Kişilər isə mayka və şort geyinə bilməz.
3. Təhlükəli yerlərdən uzaq durmaq və şəxsi əşyalara sahib çıxmaq lazımdır.
4. İran qaydalarına əməl etmək, qadağan olunmuş yerlərdə şəkil çəkməmək, GPS və bu qəbildən olan funksiyalardan istifadə etməmək tələb edilir.
5. İrana spirtli içki, donuz əti, bu ölkəni tənqid edən materiallar, silah-sursat, həmçinin digər qadağan olunmuş əşyaların gətirilməsinə icazə verilmir.
6. İranda "Visa", "Mastercard", "UnionPay" vasitəsilə ödəniş etmək qeyri-mümkündür.
Gülşən