İran İslam İnqilabı Keşikçiləri Korpusu Suriyada İŞİD terror təşkilatının mövqelərinə raket zərbələri endirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, zərbələr Deyr Əz Zorun Əbu Kamal yaşayış məntəqəsinə endirilib. Hücum zamanı "Zülfiqar" və "Qiyam" raketlərindən istifadə edilib.
Qeyd edək ki, 22 sentyabrda İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə Əhvaz şəhərində keçirilən hərbi paradda İŞİD tərəfindən terakt törədilmiş, nəticədə 28 nəfər ölmüş, 50-dən çox insan yaralanmışdı.
Gülşən