Xəbər lenti

İrandan İsrailə göz dağı - FOTOLAR
Dünya14:43 21.12.2013

İrandan İsrailə göz dağı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün İranda Fars körfəzində başlamış üçgünlük hərbi manevr çərçivəsində bir sıra yerli hərbi-sənaye məhsulları sınaqdan keçirilib.

APA-nın «Mehr» xəbər agentliyinə istinadən verdiyi məlumata görə, «Vilayət Səması Fədailəri-4» adlanan təlimdə yalnız İran Hərbi Hava Qüvvələri iştirak edir. Manevrə onlarla «F-14», «F-5», «Soho-24» və «Soho-25», habelə «Miraj» qırıcı təyyarələri, bombardman, ağır və yarı ağır yüklü, yanacaq, kəşfiyyat və pilotsuz təyyarələr qatılıb.

Təlim çərçivəsində hərbi təyyarələr yanacaq almadan uzaq mənzilli uçuşlar həyata keçirərək havadan havaya, havadan dənizə və havadan quruya nöqtələrə atəş açaraq hədəfləri məhv ediblər. Eyni zamanda, manevrdə havadan yerdəki hədəfləri vurmaq qabiliyyətinə malik və yerli istehsal olan yeni bombalar və raketlər müvəffəqiyyətlə sınaqdan keçirilib.

Bundan əlavə, savaş, radar və elektron sistemləri təkmilləşdirilmiş «Saiqə» qırıcı təyyarəsinin sınağı uğurlu olub.

Qaynar.info