Xəbər lenti

İrandan Netanyahuya "yalançı çoban" bənzətməsi
Dünya08:57 01.05.2018

İrandan Netanyahuya "yalançı çoban" bənzətməsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrailin baş naziri Benyamin Netanyahu dünən ölkəsinin İranın gizli nüvə silahı istehsalı proqramı barədə sübutlar əldə etdiyi iddia etmişdi.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu 183 CD-də yerləşən 55 min səhifə gizli məlumat ələ keçirdiklərini demişdi. İranın xarici işlər naziri Cavad Zərif bu iddiaya cavab verib. O, İsrailin baş nazirini "yalançı çoban" adlandıraraq böhtanda ittiham edib.
Qeyd edək ki, İran ABŞ, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniya ilə nüvə sazişinə imza atıb. ABŞ prezidenti Donald Tramp razılaşmadan imtina barədə tez-tez fikirlər səsləndirərək İrana qarşı ittihamlar irəli sürür. Razılaşma barədə son qərar 12 mayda veriləcək.
Gülşən