Xəbər lenti

İrandan nüvə silahı açıqlaması: “Buna illər lazımdır”
Dünya12:00 19.02.2017

İrandan nüvə silahı açıqlaması: “Buna illər lazımdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, ölkəsi nüvə silahı istehsal etmək fikrində deyil.
Qaynarinfo.Az cebhe.info-ya istinadən xəbər verir ki, bu bəyanatı o, təhlükəsizliyə dair Münhendə keçirilən beynəlxalq konfransda deyib. TASS-ın məlumatına görə,  Cavad Zərif,  “İranın  nüvə proqramı sülh məramlıdır. Biz nüvə silahı yaratmaq fikrində deyilik. Nüvə silahı istehsal etmək üçün illər lazımdır”, deyib.
Qeyd edək ki, bir müddət öncə  Xarici İşlər Nazirliyi bütün bəyanatlara baxmayaraq İranın nüvə proqramı haqqında razılaşmaya sadiq qalacağını bildirmişdi. 
Qaynarinfo.Az