Xəbər lenti

İrandan qadınlara hicab güzəşti?
Dünya11:42 01.03.2018

İrandan qadınlara hicab güzəşti?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran prezidentinin qadın və ailə məsələləri üzrə köməkçisi Məsumə İbtikar qadınlar günü münasibətilə təşkil edilmiş mətbuat konfransında maraqlı açıqlamalarla yadda qalıb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İbtikar hicabın İranda rəsmi şəkildə məcburi olduğunu xatırladaraq qaydanın inqilabdan sonra xalqın tələbi ilə tətbiq edildiyini deyib.
O, həmçinin vurğulayıb ki, bu məsələ yeni nəsillə müzakirə edilməli, onların istəkləri nəzərə alınmalı, hicabın zorakılıq və təzyiqlə mühafizəsinə yol verilməməlidir. Qadınların həyat yoldaşlarının icazəsi olmadan xarici ölkəyə səfərləri məsələsi də din xadimləri ilə müzakirə edilən mövzular arasındadır.
Gülşən