Xəbər lenti

İrandan qayıdan zəvvarlara hücum edildi: 23 nəfər öldü
Dünya08:55 09.06.2014

İrandan qayıdan zəvvarlara hücum edildi: 23 nəfər öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pakistanda törədilən terror aktı nəticəsində azı 23 nəfər ölüb

Pakistanda şiə-zəvvarlara qarşı növbəti hücum olub. ANS PRESS-in məlumatına görə, terrorçu-kamikadzelərin İrandan qayıdan zəvvar qrupunun yanında özlərini partlatması nəticəsində azı 23 nəfər ölüb. 

Hücum Taftan şəhərində, zəvvarların olduğu avtobusun dayandığı dayanacaqda həyata keçirilib. 

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Qaynar.info