Xəbər lenti

İrandan Qərb ölkələrinə XƏBƏRDARLIQ
Dünya10:26 30.08.2013

İrandan Qərb ölkələrinə XƏBƏRDARLIQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Suriyaya hücum strateji səhv olacaq”.

Anspress-in Farsnews.com-a istinadən verdiyi məlumata görə, bu sözləri İranın xarici işlər nazirini müavini Hüseyn Əmir Abdullahian bildirib. BMT baş katibinin köməkçisi Ceffery Feltmanın Tehran səfərinin Suriyaya qarşı ediləcək hücumla bağlı olduğu İranın məlumatlandırılması məqsədi ilə edildiyi barədə xəbərləri təkzib edən İran rəsmisi danışıqlarda sadəcə Suriya böhranı və regionda baş verən prosseslərlə bağlı müzakirələr aparıldığını deyib.

İranın kütləvi qırğın silahlarına qarşı olduğunu bildirən Hüseyn Əmir Abdullahian Bəşər Əsəd hakimiyyətinin kimyəvi silahdan istifadə etməməsi barədə rəsmi Tehran, Pekin və Moskvaya verdiyi təminatı xatırladıb. İran rəsmisi Qərb ölkələrinin Suriyaya qarşı hərbi əməliyyatların başlanmasını səhv olacağını və bu baş verəcəyi təqdirdə müharibə Suriyanın sərhədlərindən kənara çıxacaq.

Qaynar.info