
İranın dini lideri Əyətullah Xameynin sözçüsü Əli Əkbər Vəlayəti Türkiyə ilə bağlı maraqlı açıqlama verib.
Qaynarinfo.Az xəbər verir ki, Türkiyənin Tehrandakı səfiri Rza Hakan Təkinlə dini liderin sözçüsü arasında görüş olub. Əli Əkbər Vəlayəti görüş zamanı bildirib ki, Türkiyədə baş verən çevriliş zamanı hansı ölkənin dost, hansı ölkənin düşmən olduğu bilindi. O, ölkəsinin qiyamçılara qarşı türk hökümətinin və türk xalqının yanında olduğunu vurğulayıb.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az