Xəbər lenti

İranın 25 əyalətində yağan güclü qar böyük fəsadlar törədib
Dünya16:36 02.03.2019

İranın 25 əyalətində yağan güclü qar böyük fəsadlar törədib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın 25 əyalətində yağan güclü qar və çovğun böyük fəsadlar törədib.
Qaynarinfo Azərtac-a istinadən bildirir ki, İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Murtaza Səliminin dediyinə görə, ölkənin Qərbi və Şərqi Azərbaycan, Kürdüstan, Elam, İsfahan, Çahar-Mahal və Bəxtiyari, Sistan-Bəlucistan, Gülüstan, Mazandaran, Xuzistan, Yəzd, Həmədan, Semnan, Zəncan və başqa əyalətlərində qarın yağması və çovğun həyatı iflic edib. Məktəblər, xəstəxanalar və bir sıra dövlət idarələri müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar.
M.Səlimi bildirib ki, son 2 gündə 7 min 290 nəfərə müxtəlif yardımlar edilib, 122 dağ kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib, 404 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib, 18 nəfərə təcili tibbi yardım göstərilib və onlar xəstəxanalara çatdırılıblar.
Əyalətlərdə xilasetmə işləri davam edir.