Xəbər lenti

İranın 4-cü prezidenti öldü
Dünya17:45 08.01.2017

İranın 4-cü prezidenti öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın sabiq prezidenti ayətullah Əkbər Haşimi Rəfsəncani ürək tutmasından sonra xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Qaynarinfo.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Haşimi Rəfsəncani 1989-1997-ci illərdə İran prezidenti olub. İranın 4-cü prezidenti kimi tarixə düşmüş Rəfsəncani bunadək 9 il İran parlamentinin spikeri vəzifəsini icra edib. O, 82 yaşında dünyasını dəyişib. Rəfsəncani 2005-ci ildə prezident seçkilərində namizədliyini versə də, Mahmud Əhmədinecada uduzub. Onun son iş yeri İranın ali dini lideri ayətullah Əli Xameneyinin yanında müşavirə orqanının rəhbəri postu olub.

Qeyd edək ki, ayətullah Əli Xameneyinin İranın dini lideri olmasında onun Haşimi Rəfsancaninin səsi həlledici rol oynayıb.

Qaynarinfo.Az