Dünya 12:12 11.02.2023

İranın "Şahid”ləri Dnepropetrovskda 3 elektrik obyektini vurdu - RHA

Fevralın 11-nə keçən gecə düşmənin "Şahed” tipli pilotsuz təyyarələri Dnepropetrovsk vilayətində 3 energetika obyektinə hücum edib, xeyli dağıntı var.

Qaynarinfo "Pravda"ya istinadla xəbər verir ki, bu barədə Dnepropetrovsk Regional Hərbi Administrasiyasının (RHA) sədri Sergey Lısak "Telegram"da yazıb.

"Dnepropetrovsk vilayətində gecə düşmən pilotsuz təyyarələrinin həyəcan təbili və hücumları ilə keçdi. Onlar bizim kritik infrastrukturumuzu hədəf alırdılar.

"Şahid”lər Krivoy Roq vilayətində iki və Nikopolda bir enerji obyektini vurub. Krivorojskidə eyni obyektə gündə iki dəfə hücum edilib”, o qeyd edib.

RHA sədri bütün obyektlərdə ciddi ziyan dəydiyini bildirib. Müvafiq xidmətlər hücumların nəticələrini aradan qaldırır.

Hücumlar nəticəsində xəsarət alan olmayıb.

Alpər