Tehranın nüvə silahına sahib olmaq istəyi yoxdur.
Qaynarinfo xəbər verir ki, bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançı deyib. O, bu bəyanatını PBS NewsHour kanalının efirində İran hakimiyyət orqanlarının Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öhdəliklərin yerinə yetirilməsini dayandırması barədə qərarını şərh edərkən səsləndirib.
Qeyd edək ki, ödən günlərdə İslam Respublikası zənginləşdirilmiş sentrifuqlarının sayı ilə əlaqədar nüvə proqramıyla bağlı razılaşmada son əsas məhdudiyyətin rədd olunduğunu elan edib.
"Biz nüvə silahına sahib olmaqda maraqlı deyilik. Çünki bizim nüfuzlu ali rəhbərimizin nüvə silahlarına qadağa qoyan açıq müqəddəs göstərişi var", - daimi nümayəndə əlavə edib.
Şərhlər