İranın energetika naziri Əli Əkbər Mehrabianın başçılıq etdiyi nümayəndə heyəti Urmiya gölünün vəziyyətini araşdırmaq üçün İranın Qərbi Azərbaycan əyalətinə səfər edib. Əli Əkbər Mehrabianın bildirib ki, Urmiyə gölünün bərpası planlarına yaxın aylarda mərhələli şəkildə start veriləcək.
Qaynarinfo bu barədə Iranın "Xəbəronline" saytına istinadən xəbər verir.
Nazir Urmiya gölünün bərpası üçün tikilməkdə olan tunel və su borusu kəmərinə baxış keçirib. Mehribani jurnalistlərə bildirib ki, gölün bərpası prosesi gedir və texniki problemləri həll edərək Zap tunelini ən qısa zamanda başa çatdırmağa və çayın suyunu Urmu dənizinə köçürməyə çalışırıq. Mütəxəssislər Urmiyə gölünün dirçəldilməsi üçün hökumətin konkret plan və proqramının olmaması ilə yanaşı, hakimlərin bu mövzuda iradə və qəti əzmin olmamasından xəbər verirlər. Ekspertlər hökumətin atdığı addımları demaqogiya adlandırırlar.
M.Arif