Xəbər lenti

İranın kamikadze dronlarının Kiyevə kütləvi hücumu - ISW-dən şərh
Dünya07:48 18.10.2022

İranın kamikadze dronlarının Kiyevə kütləvi hücumu - ISW-dən şərh

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar ertəsi, oktyabrın 17-də İranın kamikadze pilotsuz təyyarəsi ilə Kiyevin mülki infrastrukturuna hücumu Rusiyanın daha geniş hərəkət modelinə uyğundur.
Qaynarinfo xəbər verir ki, ABŞ Müharibənin Tədqiqi İnstitutunun (ISW) yeni hesabatında deyildiyinə əsasən, düşmənlər Ukrayna dövlətində psixoloji terroru döyüş meydanında çətinliklə əldə edilən qazancdan üstün tuturlar.
Amerikalı hərbi analitik Brett Fridmanın fikrincə, İranın Şahid-136 kamikadze pilotsuz təyyarələrinin Ukrayna paytaxtına beş zərbə endirməsinin təsirini çox böyük əraziyə atılan 15 artilleriya mərmisinin atılmasının təsiri ilə müqayisə etmək olar. 
Ekspert qeyd edib ki, bu cür mərmi atmalarının ciddi hərbi effekti yoxdur, lakin çoxlu insan həlak ola və yaralana, mülki infrastruktura ciddi ziyan dəyə bilər.
"Bu təhlil göstərir ki, Rusiya qüvvələri qanuni hərbi... hədəflərə cəmlənmiş zərbələr endirməklə asimmetrik əməliyyat effekti yaratmağa çalışmaq əvəzinə, mülki əraziləri hədəfə almaqla bağlı psixoloji təsirlər yaratmaq üçün Şahid-136 pilotsuz uçuş aparatlarından istifadə etməyə davam edir", - ISW-dən qeyd edilib.
Alpər