Xəbər lenti

İranın keçmiş prezidentinə cinayət işi açıldı
Dünya10:06 15.08.2023

İranın keçmiş prezidentinə cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Ruhanilərin İşləri üzrə Xüsusi Prokurorluğu keçmiş prezident Həsən Ruhaniyə qarşı maliyyə bazarlarında saxtakarlıq etmək ittihamı ilə bir neçə iş açıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi Məsud Setayeşi bildirib.
"İranın keçmiş prezidenti, din xadimi rütbəsi və rütbəsinə malik olan Ruhaniyə qarşı müvafiq yurisdiksiyasını özündə saxlayan Ruhanilərin İşləri üzrə Xüsusi Prokurorluqda, eləcə də din xadimləri üzrə xüsusi prokurorluqda bir neçə iş başlanıb. Keçmiş prezident bir sıra suallara cavab verməlidir”, deyə nazirlik rəsmisi bildirib.
O, işin Ruhaninin valyuta fırıldaqları, eləcə də İran fond bazarına müdaxiləsi səbəbindən başlandığını da qeyd edib.
Aydın