Xəbər lenti

İranın müvəqqəti prezidenti növbədənkənar prezident seçkilərində iştirak etməyəcək
Dünya14:11 03.06.2024

İranın müvəqqəti prezidenti növbədənkənar prezident seçkilərində iştirak etməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Məhəmməd Möhbər qarşıdan gələn növbədənkənar prezident seçkilərində namizəd kimi iştirak etməyəcək.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə "Tasnim” agentliyi mənbələrə istinadən məlumat"> yayıb.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi mayın 19-da İran ərazisində helikopter qəzasında həlak olandan sonra ölkə konstitusiyasına əsasən 68 yaşlı Məhəmməd Möhbər müvəqqəti prezident təyin edilib. İranda növbədənkənar prezident seçkiləri iyunun 28-ə təyin edilib. 
Nizami Bağırov