İranın neft naziri Cavad Oci bu gün Bakı Enerji həftəsinin tədbirlərində iştirak etmək və üçgünlük beynəlxalq tədbirdə iştirak edən rəsmi şəxslərlə danışıqlar aparmaq üçün Azərbaycana gəlib.
Qaynarinfo bu barədə İranın "Mehr” agentliyinə istinadən xəbər
verir.
Tədbirlər iyulun biri - üçü arasında Azərbaycan Respublikasının Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə keçirilir. "Caspian oil and gas" sərgisi-Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər il fasiləsiz olaraq keçirilən və dünyanın hər yerindən 100-dən çox şirkəti bir araya gətirən ilk sərgidir.
Qeyd edilirki neft naziri Cavad Oci beynəlxalq tədbirin ilk günündə nitq söyləyəcək, nazirlərlə və yüksək vəzifəli şəxslərlə ikitərəfli görüşlər keçirəcək.
İranın neft nazirliyinin verdiyi məlumata görə, tədbir çərçivəsində İran neft nazirinin Azərbaycan və Türkəmənistan neft nazirləri ilə görüşu planlaşdırılıb.
Ələvə olaraq qeyd edilir ki, səfərdə xüsusi olaraq Türkəmənistan qazının İrandan svap və eləcə də Azərbaycan qazının İran ərazisindən Naxçıvan müxtar vilayətinə ötürülməsi məsələsi müzakirə olunacaq.
M.Arif