Xəbər lenti

İranın nüvə obyektində diversiyanı kimin törədib? - New York Times yazdı
Dünya09:21 06.07.2020

İranın nüvə obyektində diversiyanı kimin törədib? - New York Times yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın Natanz sentrifüq qurğusunda baş verən yanğın İsrail tərəfindən həyata keçirilən təxribat nəticəsində baş verib, bunun üçün partlayıcı qurğudan istifadə olunub.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "The New York Times” qəzetinə məlumatlı mənbə söyləyib. Hadisə ötən həftə baş verib.
"Baş verənləri bilən Yaxın Şərq dövlət kəşfiyyatçısı İsrailin Natanzadakı nüvə obyektinə hücum üçün məsuliyyət daşıdığını, orada güclü partlayıcı qurğudan istifadə olunduğunu deyib", - mənbə söyləyib.
Xatırladaq ki, bir həftə əvvəl qəza nəticəsində uranın zənginləşdirilməsi üçün hazırlanan sentrifüqaların yerləşdiyi obyektin strukturuna daxil olan binaların yeraltı hissələrinin dağıldığı bildirilmişdi.
Alpər