Xəbər lenti

İranın onlarla şəhərində pensiyaçılar ayağa qalxdı (VİDEO)
Dünya14:01 06.06.2022

İranın onlarla şəhərində pensiyaçılar ayağa qalxdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranın azı 16 şəhərində sosial təminat pensiyaçılarının etiraz aksiyası keçirilib. Tehranda bir neçə etirazçı saxlanılıb.
Qaynarinfo bu barədə "Azad Avropa" radiosunun fars bölməsinə istinadən xəbər verir.
Məlumata görə, mitinqlər bir çöx şəhərdə, o cümlədən Zəncan, İsfəhan, Ərak, Kerman, Kermanşah, Əhvaz, Rəşt, Təbriz, Məşhəd, Qəzvin, Karac, Şiraz və paytaxt Tehrana da keçirilib. 
Onlarla pensiyaçı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və bir neçə mikroavtobusla bilinməyən istiqamətdə aparılıb.
Təbrizdə isə etirazçılar "Rəisiyə ölümü" və "Xalq hökumətinə ölüm" kimi şüarlar səsləndiriblər. Həmçinin bildirilir ki, Təbrizdə sıravi vətəndaşlar da pensiyaçılara dəstək üçün aksiyalara qoşulub.
Qeyd edilir ki, aksiya iştirakçıları təqaüdlərin artırılmasını və vaxtında ödəniş edilməsini, həmçinin yaşayış minimumu səviyyəsində pensiya verilməsini, tələb edirlər. Etirazçılar illik inflyasiya uyğun olaraq 38 faiz artım istəyir, hökumət isə 10 faiz təklif edir.
M.Arif