Xəbər lenti

İranın pul vahidi kağız parçasına dönür - 1 dollar 46 750 tümənə yüksəlib
Dünya12:07 15.02.2023

İranın pul vahidi kağız parçasına dönür - 1 dollar 46 750 tümənə yüksəlib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İranda 1 ABŞ dollarının qiyməti 46 250 tümənə çatıb. 
Qaynarinfo xəbər verir ki, ekspertlər tendensiyanın davam edəcəyini və may ayında 1 ABŞ dollarının 50 000 tüməni keçəcəyini bildirir.  Bəzi məlumatlara görə, 1 ABŞ dolları 46 750 tümənə satılır. 
1 funt sterlinqinin qiyməti 56 200, 1 avro isə 49 560 tümənə bərabər olub. 
İran hakimiyyəti isə xalqı bu tendensiyadan narahat olmamağa çağırıb. İran Mərkəzi Bankının elan etdiyi son rəsmi məzənnə 44 000 tüməndən bir qədər artıqdır. Ekspertlər deyir ki, bu, bazar qiyməti ilə uzlaşmır. 
Əhvazın Şəhid Çamran Universitetinin professoru, iqtisadçı ekspert Morteza Ofgeh "Economy 24”ə valyuta bazarındakı vəziyyəti şərh edərkən deyib ki, mövcud şərtlər ilin sonuna qədər saxlanılarsa, 1 ABŞ dolları 50 min tümənı çatacaq.
1932-ci ildən 2020-ci ilə qədər İranın rəsmi pul vahidi rial olub. 2020-ci ildə İran parlamentinin müvafiq qərarına əsasən dövlətin rəsmi pul vahidi tümən adlandırılıb. Həmin vaxt qəbul edilən qərara əsasən 1 tümən 10 000 riala bərabər olub.
Seyid