İran mediası bu gün Əli İsmayılzədə adlı polkovnikin şübhəli ölümü ilə bağlı məlumat yayıb.
Qaynarinfo bu barədə İranintl.com saytına istinadən
xəbər verir.
Məlumata görə, o, şübhəli bir vəziyətdə, öz evinin pəncərəsindən düşərək ölüb. Bir sıra mənbələr onun qətlə yetirldiyini bildirib, bəzi mənbələr isə hadisəni intihar kimi dəyərləndirib.
Qeyd edilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 840 "Qüds" bölməsinin komandiri polkovnik olan Əlui İsmayılzadə ötən həftə Tehranın mərkəzində MOSSAD tərəfindən qətlə yetirildiyi iddia edilən polkovnik Səad Xodainin yaxın silahdaşı olub.
İran İranintl.com-un mənbələri bildirir ki, polkovnik Səyyad Xodainin öldürülməsindən sonra SEPAH-ın kəşfiyyat idarəsi "Qüds” qüvvələrinin içində ipucları axtarıb və polkovnik Əli İsmayılzadə İsrail kəşfiyyat xidmətlərinə məlumat sızdırmaqda şübhəli bilinərək ittiham olunub.
Bu mənbələrə görə, SEPAH kəşfiyyatı intiharın səhnələşdirilməsini təşkil etməklə onu fiziki cəhətdən aradan götürmək qərarına gəlib.
M.Arif